top of page

Qapıçıya yumruq vurduğu üçün 40 illik cəza aldı

PSV Avropa Liqasının pley-off mərhələsində "Sevilya"ya qarşı matçda rəqib komandanın qapıçısı Marko Dmitroviçi yumruqla vuran azarkeşini 40 il müddətinə oyunlardan kənarlaşdırdığı açıqlayıb.


90plus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bundan başqa Niderland təmsilçisi "Sevilya"nın zərərlərini qarşılanması üçün addım atacağını bildirib. Məlumatda həmin azarkeşin 2 il ərzində "Philips" stadionunda ətrafına buraxılmayacağı da açıqlanıb.


Qeyd edək ki, sözügedən azarkeş "Sevilya"ya qarşı görüşün uzatma dəqiqələrində meydana girərək Marko Dmitroviçi yumruqla vurmuşdu.

0 comments
bottom of page