top of page

Qara "Frayburq"a qarşı oynayacaqmı? - Açıqlama

"Qarabağ"ın zədəsini yeni sağaldan futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) Bakıdakı matçda meydana çıxa bilər.


90plus.az xəbər verir ki, bu barədə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O qeyd edib ki, 30 yaşlı yarımmüdafiəçi iştirak ərizəsində yer alacaq və baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə oynaya bilər:


"Qara "Frayburq"la matç üçün iştirak ərizəsində olacaq. Yəni, oynaya bilər".


Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən keçirdiyi mətbuat konfransında Q.Qarayevin durumu haqda da danışıb. Onun sözlərinə görə, Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır: "Sabah (bu gün - red.) “23-lük”də olub-olmayacağı bilinəcək".


Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" oyunu saat 21:45-də başlayacaq. (Qol.az)



0 comments
bottom of page