top of page

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi bəllidir


Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın gələn mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk potensial rəqibi bəlli olub.


90plus.az xəbər verir ki, Ağdam təmsilçisi İslandiya klubu “Vikinqur”la qarşılaşa bilər.

Ümumiyyətlə, yarışa I raunddan qoşulacaq 6 komanda artıq dəqiqləşib ki, onlardan yalnız Reykyavik komandası səpələnməmişlərdə yer alacaq.


Digər 5 klub – “Qarabağ”, HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə, yəni güclülərin sırasında qərarlaşacaqlar. “Qarabağ” 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.


TNS (Uels), RFŞ (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Dinamo” (Minsk, Belarus), “Panevejis” (Litva) və “Odrabası”nın (Qazaxıstan) səbəti qeyri-müəyyəndir.


Qurban Qurbanovun kollektivi mərhələni adlayacağı təqdirdə, II raundda da səpələnmişlərdə olacaq.


Qeyd: Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

0 comments

Comments


bottom of page