top of page

“Qarabağ”ın Avroliqa oyunu üçün iştirak ərizəsi hazırdır


“Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə oyunlar üçün iştirak ərizəsini təqdim edib.


90plus.az klubun media hesabına istinadən xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.


Heyətə komandanın yeni transferi Aleksey İsayev də daxil edilib.


Baş məşqçi Qurban Qurbanov "Braqa" ilə matçlar üçün aşağıdakı oyunçuları sifariş edib:

Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov.

Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç.

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzia, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir.

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.


Qeyd: “Qarabağ” ilə “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə 22-də Bakıda keçiriləcək.

0 comments

Comentarios


bottom of page