"Qarabağ"ın rəqibi ÇL oyunu üçün iştirak ərizəsini açıqlayıb




Polşa “Lex”i Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la oyunlar üçün iştirak ərizəsini açıqlayıb.


90plus.az klubun saytına istinadən xəbər verir ki, siyahıda 20 futbolçunun adı yer alıb. Klubun yeni transferi Giorgi Tsitaişvili siyahıya əlavə olunacaq.


Qapıçılar: Artur Rudko, Filip Bednarek


Müdafiəçilər: Joel Pereyra, Barri Duqlas, Pedro Reboşu, Antonio Miliç, Bartoş Salamon, Lubomir Şatka, Alan Çervinski


Yarımmüdafiəçilər: Yesper Karlstrem, Afonso Souza, Dani Ramirez, Mixal Srokaş, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral, Nika Kvekveskiri, Adriel Ba Lua


Hücumçular : Mikael İshak, Artur Sobeh


Qeyd edək ki, G.Tsitaişvilidən başqa, daha 1 nəfər iyulun 4-dək A siyahısına daxil edilə bilər.


Xatırladaq ki, "Qarabağ" "Lex"ə qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

0 comments