top of page

“Qarabağ” 21-ci əsrin rekordunu qırıb!


"Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda - 3 dövrənin yekununda 71 qol vurub. Bu, ölkə çempionatları tarixində son 25 ilin və XXI əsrin rekordudur.


90plus.az xəbər verir ki, daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.


Qeyd: Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.

0 comments

Comments


bottom of page