top of page

“Qarabağ” - “Bayer” oyunu üçün 1 günə satılan bilet sayı…


UEFA Avropa Liqasının 1/8 mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununa  1 gün ərzində matça 27 min ədəd bilet satılıb.


90plus.az xəbər verir ki, bu məlumatı klubun media hesabı paylaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 


VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.


Satış məntəqələri:


Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

0 comments

Comments


bottom of page