top of page

"Qarabağ"dan 2011/12 mövsümündən bəri ğn uğursuz start

“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.


90plus.az xəbər verir ki, "köhlən atlar" 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb. Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzublar. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.


“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.


Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.



0 comments

Comentarios


bottom of page