top of page

"Qarabağ" "Rakuv" qarşısında ilk sınağına çıxacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.


90plus.az - ın məlumatına görə, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.


İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.


Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.


UEFA Çempionlar Liqası


II təsnifat mərhələsi, ilk oyun


26 iyul


22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)


Baş hakim: Lukas Fandrix (İsveçrə)


Çenstoxova, “Miejski” stadionu



0 comments

Comments


bottom of page