top of page

“Qarabağ”a heç bir oyunçusuna görə təklif yoxdur


“Qarabağ” heç bir futbolçusuna görə rəsmi təklif almayıb.


90plus.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhnəri Anar Hacıyev adları Türkiyə klubları ilə birgə hallanan oyunçularla bağlı kluba müraciət daxil olmadığını bildirib:


Biz də bu xəbərləri mediadan oxuyuruq. Ancaq Juninyo və digər futbolçularla bağlı hansısa klubdan təklif almamışıq”.


Qeyd: Türkiyə mediası hücumçu Olavio Juninyonun “Beşiktaş”ın maraq dairəsində olduğunu yazıb.


Həmçinin Leandro Andrade, Andrey Lunyov, Julio Romao və Abdullah Zubirin də adı Avropanın bir neçə klubu ilə birgə hallanıb.


Mənbə: Report

0 comments
bottom of page