top of page

"Qarabağ"a qarşı 90 dəqiqə oynamaq üçün gücümüz çatır"


"Qarabağ”a qarşı oynamaq xüsusidir. Çünki ölkəmizin ən yaxşı komandalarından biridir. “Qarabağ”ın topla daha çox oynayacağı gözlənilən idi. Ani diqqətsizlik qolla nəticələndi. Futbolçular əzmkarlıq göstərdi. Gələcəyə ümidlə baxa bilərik ki, daha yaxşı oynamağımız mümkündür”.

90plus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 20-ci turunun “Qarabağ” - “Şamaxı” (3:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli deyib. 


O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandanız son dəqiqələrdə qol vurdu...

- Sevindiricidir ki, son dəqiqələrdə fərqlənə bildik. Deməli, “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə mübarizə aparmaq gücümüz var. Oyunçulardan razı qaldıq. Fərdi səhvlər oldu. Layiqli mübarizə apardıq.

- Turnir cədvəli iki qütbə bölünüb. Özünüzü mövsümün sonunda ikinci “5-liy”in harasında görürsünüz?

- Bacardığımız qədər hər oyunda xal toplayıb aşağıdakı rəqiblərdən uzaqlaşmaq istəyirik. Hələ neçənci olacağımızı deyə bilmərik. Hədəfimiz Premyer Liqanı tərk etməməkdir.

- Legionersiz “Şamaxı”nın belə çıxışını gözləyirdiniz?

- Planlaşdırdığımızdan daha yaxşı yerdəyik. Çox tez inkişaf etmişik. İrəli baxıb daha çox inkişaf edə bilərik. Üzərimizdə təzyiq yoxdur.

- Klubun İdarə Heyətindən Orxan Fikrətoğlu komanda ilə maraqlanır?

- (Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov): Bəzən oyunlarımıza gəlir. İdarə Heyəti daim komanda ilə maraqlanır.

0 comments
bottom of page