top of page

"Qarabağ"a qarşı oynaya biləcək istedadlı oyunçular var"


"Aberdin" qrup mərhələlərinə vəsiqə qazanmaq üçün çox gecikib. Bu gün buna nail olacaqlarına ümid edirəm". 90plus.az "Eveningexpress"ə istinadən xəbər verir ki, bu sözləri Şotlandiyanın "Aberdin"in sabiq futbolçusu Darren Maki Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab matçı öncəsi deyib. O bildirib ki, Azərbaycandakı ilk oyunda meydanın çox dəhşətli idi: "Aberdin" həmin matçda məğlub olsa da, pis vəziyyətdən çıxa bildi. Komandanın "Pittodri" stadionunda azarkeşlərlə xüsusi gecə keçirmək şansı var. Qrupa düşmək üçün "Qarabağ"ı məğlub etsələr, azarkeşlər sevinəcək. Fanatlar səyahət məhdudiyyətlərindən asılıq olaraq matçları səbirsizliklə gözləyəcəklər. "Aberdin"in qrup mərhələsinə çıxmaq şans var. Futbolçular bunun üçün meydanda hər şey etməlidirlər. "Qarabağ"a qarşı oynaya biləcək istedadlı oyunçular var". Qeyd edək ki, bu gün keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0 comments
bottom of page