top of page

“Qarabağ” ardıcıl 10-cu dəfə Avropa Liqasının qrup mərhələsində!

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxıb.


90plus.az xəbər verir ki, “köhlən atlar” pley-off mərhələsinin cavab matçında Sloveniya “Olimpiya”sını qəbul edib.


Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun heç-heçə yekunlaşıb.


Səfərdəki ilk matçda “Qarabağ” 2:0 hesabı ilə qalib gəldiyi üçün, Avroliqanın qrup mərhələsinə də Azərbaycan çempionu vəsiqə qazanıb.


Avropa Liqası, pley-off mərhələsi

Cavab oyunu

31 avqust

Qarabağ – Olimpiya (Sloveniya) 1:1

Qollar: Toral Bayramov, 24-pen – Dioqo Pinto, 36.(İlk oyun 2:0)

0 comments
bottom of page