top of page

"Qarabağ" Avropada uduzmayan 6 komandadan biridir

"Qarabağ" Avropada davam edən ölkə çempionatlarında uduzmayan 6 komandadan biridir.


90plus.az - ın məlumatına görə, "köhlən atlar" bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 16 qələbə qazanıb və 2 dəfə heç-heçə edib.


Azərbaycan çempionu ümumi sıralamada yalnız Serbiyanın "Srvena Zvezda" klubundan geri qalır - 17 qələbə, 2 bərabərlik.


Son olaraq İtaliya A Seriyasının lideri "Napoli" XVI turda səfərdə "İnter"ə uduzaraq, məğlubedilməz komandaların sırasını tərk edib.


Qeyd edək ki, siyahıda "Qarabağ" və "Srvena Zvezda" ilə yanaşı, Uelsin TNS (15 qələbə, 3 heç-heçə), Lüksemburqun "Svift" (13 qələbə, 2 heç-heçə), Yunanıstanın "Panatinaikos" (12 qələbə, 3 heç-heçə) və Andorranın "Atletik Eskaldes" (8 qələbə, 6 heç-heçə) komandaları da yer alıb.



0 comments
bottom of page