top of page

"Qarabağ" azarkeşlərə müraciət etdi




"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.


90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilir:


"Əziz azarkeşlər, “Qarabağ” – “Sürix” oyununa göstərdiyiniz böyük marağa görə sizə sonsuz təşəkkür edirik.


Oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etməyiniz xahiş olunur. Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənə qədər yenidən stadion ərazisinə qayıda bilməyəcəklər.


Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur. Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq! Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!".


Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq

0 comments

Recent Posts

See All
bottom of page