top of page

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Avrokuboklarda qrup mərhələsinin 2-ci turundan sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.


90plus.az xəbər verir ki, "Qarabağ”ın Bakıda Fransa "Nant"ına qalib gəlməsi (3:0) Azərbaycanın aktivinə daha 0,500 xal yazdırıb.


Ölkəmiz bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15,125-ə çatdırıb. Ancaq mövqeyimiz yenə dəyişməz qalıb. Azərbaycan əvvəlki kimi 29-cu pillədədir.


Qeyd edək ki, siyahıya 91,570 xalla İngiltərə başçılıq edir.



0 comments

Recent Posts

See All
bottom of page