top of page

"Qarabağ"ın iştirak ərizəsi hazırdır

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsindəki oyunları üçün iştirak ərizəsini açıqlayıb.

90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 28 oyunçu yer alıb. Onlardan 5-i B siyahısına daxil edilib.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 94. Ayhan Arazlı (B siyahısı)

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev (B siyahısı), 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83, Nihad Quliyev (B siyahısı)

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 17. Qaspar Panadero 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov (B siyahısı), 28. Hüseyn Hüseynzadə

Hücumçular: 22. Musa Qurbanlı (B siyahısı), 25. İbrahima Vadji, 77. Ramil Şeydayev.

Qeyd edək ki, "Qarabağ" "Bazel" (İsveçrə), "Omoniya" (Kipr) və "Kayrat"la (Qazaxıstan) birgə H qrupunda yer alıb.

0 comments
bottom of page