top of page

"Qarabağ" Kadinin getdiyini rəsmən açıqladı


"Qarabağ"ın futbolçusu Kadi Borges klubdan ayrılıb.

90plus.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı oyunçunun transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar” klubu ilə rəsmi müqavilə imzalayacaq. 



Klub keçid rəsmiləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcəyini vurğulayıb.

Qeyri-rəsmi məlumatlara görə, "Krasnodar" "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcək. Bu isə Azərbaycan futbol transferi tarixində yeni rekorddur.

Xatırladaq ki, 26 yaşlı 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi. O, bu mövsüm 31 oyunda 8 qol və 11 qolun ötürməsini verib.

0 comments
bottom of page