top of page

“Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik”

“Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatının 11-ci turunda APOEL-lə keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.

90plus.az Kipr mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la Bakıda keçirdikləri oyunla bağlı da fikirlərini bildirib:


“Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik, nizam-intizamımız, işimiz uğurlu idi.

Rəqibimizlə rəqabət apardıq. Heç-heçə bizim üçün qazancdır. Düzdür, qalib gələ bilərdik, uduzmağımız da mümkün idi. Əsas odur ki, bizim üçün yaxşı oyun oldu”.


“Qarabağ” – “Omoniya” oyunu 2:2 hesabı ilə başa çatıb.

0 comments

Recent Posts

See All
bottom of page