top of page

"Qarabağ" "Neftçi"ni məğlub edib vahid lider oldu, "Zirə"dən qələbə

Misli Premyer Liqasında 8-ci turun oyunları davam edir.


90plus.az xəbər verir ki, bu gün 2 matç keçirilib. “Turan Tovuz” “Zirə”ni qəbul edib və 1:3 hesabı ilə uduzub.


Turun mərkəzi görüşündə “Qarabağ” evdə “Neftçi” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi xalını 21-ə yüksəldib və vahid lider olub.


Qeyd edək ki, tura sabah yekun vurulacaq.


1 oktyabr (şənbə)


18:00. “Qarabağ” – “Neftçi” - 3:1


Qollar: Eddi İsrafilov, 24 (0:1), Kadi Borqes, 56 (1:1), Abdullah Zubir, 67 (2:1), Ovusu Kvabena, 73 (3:1)

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli

“Azersun Arena”


15:30. “Turan Tovuz” – “Zirə” - 1:3


Qol: Natan Oduva, 26 (1:0), Coşqun Diniyev, 33 (1:1), Hamidu Keyta, 40 (1:2), 47 (1:3)

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Tovuz şəhər stadionu


2 oktyabr (bazar)


15:30. “Şamaxı” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev

Şamaxı şəhər stadionu


18:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev

“Kapital Bank Arena”


30 sentyabr


19:00. “Səbail” – “Qəbələ” - 1:2


0 comments
bottom of page