top of page

"Qarabağ" - "Qalatasaray" matçını hansı kanal yayımlayacaq?

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.


90plus.az - ın məlumatına görə, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.


Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.


Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.



0 comments
bottom of page