top of page

"Qarabağ" çətin Qəbələ səfərindən üç xalla qayıdır

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.


90plus.az - ın məlumatına görə, mərkəzi görüşdə "Qarabağ" "Qəbələ"nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:1.


Hesabı 31-ci dəqiqədə meydan sahiblərindən İsnik Alimi açıb. Lakin əyalət klubunun sevinci cəmi 7 dəqiqə davam edib. 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən "köhlən atlar"ın hücumçusu Ramil Şeydayev hesabı bərabərləşdirib. 55-ci dəqiqədə Musa Qurbanlı "Qarabağ"ın 2-ci qolunu vurub. Oyunda son nöqtəni isə Şeydayev qoyub. 27 yaşlı forvard bu dəfə də 11 metrlik cərimə zərbəsini boşa verməyib.


Bu qələbə ilə xallarını 65-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 32 xalı olan "Qəbələ" isə 5-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.



0 comments
bottom of page