top of page

“Qarabağ”ın 2 futbolçusu “Bazel”lə oyunu buraxacaq

UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”in qonağı olacaq “Qarabağ” bu gün İsveçrəyə yollanacaq.

90plus.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları Bədavi Hüseynov və Qaspar Panadero sözügedən matç üçün səfərə aparılmayacaq. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlamasında deyib. O, hər iki futbolçunun zədədən sonra tam hazır olmadıqlarını və bu səbəbdən Bakıda məşqlərinə davam edəcəklərini söyləyib.


Dekabrın 9-da keçiriləcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0 comments
bottom of page