top of page

“Qarabağ”ın “Bayer”in qapıçısından imtina etməsinin səbəbi bəlli oldu

Bayer Leverkuzen"in qapıçısı Andrey Lunyovun "Qarabağ"a transferinin baş tutmamasının səbəbi bəllidir.


90plus.az xəbər verir ki, Ağdam təmsilçisi qolkiperin xidmətindən zədəli olduğu üçün imtina edib.


Belə ki, son müayinələr zamanı Lunyovun 1 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, onun Konfrans Liqasının pley-off mərhələsinin matçlarında - Belçika "Gent"i ilə görüşlərdə "Qarabağ"a kömək edə bilməyəcəyi dəqiqləşib. Azərbaycan çempionatında gürcü qolkiper Luka Quqeşaşviliyə güvənən Qurban Qurbanovun Lunyovu məhz KL-də oynatmaq üçün transfer etməyi hədəflədiyi dəqiqdirsə, imtinanın da səbəbi aydınır.


Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk oyununu fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə 1 həftə sonra Belçikada keçirəcək.

0 comments
bottom of page