top of page

"Qarabağ"ın Konfrans Liqasında final oynama potensialı var" - Ansi Aqolli


“Hər kəs bilir ki, "Qarabağ"ın məqsədi Premyer Liqanı qazanmaqdır. Avrokuboklar haqqında onu deyə bilərəm ki, komanda Konfrans Liqasının 1/16 finalına çıxmaqla əsas məqsədinə çatıb".

Bu sözləri 90plus.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli deyib.

Hazırda ABŞ-da futbol akademiyasına rəhbərlik edən albaniyalı keçmiş futbolçu Ağdam klubunun Konfrans Liqasındakı mübarizəsindən danışıb. O, Belçika "Gent"inin güclü rəqib olduğunu bildirməklə yanaşı, "Qarabağ"ın yaxşı nəticə qazanacağına ümidli olduğunu deyib:

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində baxımlı oyun nümayiş etdirdi. Daha yaxşısını da edə bilərdilər. Lakin bəzən futbolda belə təəssüfləndirici hallar olur. Konfrans Liqasının 1/16 final mərhələsində oynamaq yaxşı təcrübədir. Yerli çempionatda da mövsümə yaxşı başlayıblar. Belə oyun "Qarabağ"ın hər mövsüm qarşısına qoyduğu əsas məqsəddir. Komanda yaxşı formadadır. "Gent" Ağdam təmsilçisi üçün yaxşı rəqibdir. Biz "Qarabağ"ın necə oyun nümayiş etdirəcəyini bu matçlarda görəcəyik. Rəqib təcrübəlidir. Onların Avropa turnirlərində geniş təcrübəsi var. Keçiriləcək matçlar barədə müsbət düşünürəm. "Qarabağ"ın yaxşı nəticələr əldə edəcəyinə ümid edirəm. Burada qazanılan qələbə "Qarabağ" üçün tarixi ola bilər. Düzdür, "Qarabağ" Azərbaycan miqyasında bütün rekordları qırıb. Ancaq "Gent" üzərində qələbə "Qarabağ" üçün tarixi zəfər olar. Biz bunu oyun ərzində görəcəyik. Şanslar var. Komanda yaxşı mövsüm keçirir”.

Aqolli sabiq komandasının Konfrans Liqasının finalında oynaya biləcəyini də vurğulayıb: “Komanda xarakter göstərməyi bacarır, bu baxımından hər şey qaydasındadır. Çünki onlar Avropa turnirlərində böyük təcrübəyə malikdirlər. Əlbəttə, "Qarabağ" UEFA Konfrans Liqasında final oynaya bilər. Bu hal mümkündür. Onlar açıq oyun nümayiş etdirirlər. Buna nəzərən onların final oynamaq şansları var".

0 comments
bottom of page