top of page

"Qarabağ"ın Konfrans Liqasında növbəti rəqibi bəllidir


"Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

90plus.az xəbər verir ki, bu, Kiprin AEL klubudur. Komanda 2-ci təsnifat mərhələsində "Vlajniya" ilə cavab oyununda 1:0 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub. Kipr klubu ilk qarşılaşmada da rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 5-i, cavab görüşləri isə avqustun 12-i keçiriləcək. "Qarabağ"ın ilk oyunu səfərdə olacaq. 29 iyul “Vlajnia” (Albaniya) - AEL (Kipr) - 0:1 Qol: Şçepoviç, 20 İlk oyun - 0:1

0 comments

Recent Posts

See All
bottom of page