top of page

"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın  rəqiblərindən olan "Olimpiakos" baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.


90plus.az Yunanıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis yerli çempionatın 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra istefaya göndərilib.


Qeyd edək ki, ispaniyalı mütəxəssis avqust ayında Pirey təmsilçisinə baş məşqçi təyin edilmişdi. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.


0 comments
bottom of page