top of page

"Qarabağ"ın rəqibi Nigeriya millisinin qapıçısını aldı

Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Omoniya" heyətini yeni futbolçu ilə gücləndirib. 90plus.az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi son olaraq APOEL-də çıxış edən Frensis Uzoho ilə anlaşıb. Nigeriya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Omoniy" ilə "Qarabağ" arasında ilk matç sentyabrın 30-da Nikosiyada, 2-ci qarşılaşma isə noyabrın 25-də Bakıda keçiriləcək.

0 comments
bottom of page