top of page

"Qarabağ"ın rəqibləri heç-heçə etdi!



UEFA Konfrans Liqasının qrup mərhələsində I turun daha bir oyunu keçirilib.

"90plus"un məlumatına görə, H qrupunun ilk qarşılaşmasında Qazaxıstan çempionu "Kayrat" Kipr "Omoniya"sı ilə üz-üzə gəlib. Almatı şəhərindəki "Ortalık" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Qrupda ilk turun daha bir oyunu "Qarabağ" və İsveçrə "Bazel"i arasında olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.

0 comments
bottom of page