top of page

Qardaşı ölən futbolçu vacib oyunda meydana çıxdı!


"Qaziantep"in futbolçusu Nikolas Nkolu qardaşı Mbraqa Frankisin ölüm xəbərini almasına baxmayaraq “Adana Dəmirspor”la matçda komandasını tək qoymaq istəmədi, 90 dəqiqə meydanda oldu.


90plus.az xəbər verir ki, Nikolasın qardaşı Mbraqa Frankis sözügedən görüşdən 1 gün əvvəl dünyasını dəyişib.

Bu oyun isə "Qaziantep"in aşağı liqaya düşməməsi üçün çox vacib olduğuna görə Nikolas komandasına dəstək olmaq istəyib. O, əsas heyətdə meydana çıxıb və sonadək oynayıb.

"Qaziantep"in futbolçuları görüşdən əvvəl üzərində Mbraqa Nkolu yazılan formalar geyinərək  komanda yoldaşlarına dəstək olublar. 


Qeyd: “Qaziantep" "Adana Demirspor"a 6:1 hesabı ilə qalib gəlib. Komanda hazırda turnir cədvəlində 38 xalla 16-cıdır. 

0 comments

Yorumlar


bottom of page