
Sağ dizinin ön çarpaz bağı qopan Qavi zədəsi səbəbindən mövsümü bağladı!
90plus.az AS nəşrinə istinadən xəbər verir ki, İspan futbolçu AVRO-2024-ü də buraxa bilər. Belə ki, 19 yaşlı yarımmüdafiəçi İspaniya millisinin heyətində Avro-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı matçda zədələnib və meydanı erkən tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, İspaniya sözügedən görüşdə Gürcüstana 3:1 hesabı ilə qalib gəlib.