top of page

Qavinin rekordu üstələndi!


İspaniya millisinin futbolçusu Lamin Yamal yığmanın tarixinin ən gənc futbolçusu olub.


90plus.az xəbər verir ki, o, Avro-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı matçın 44-cü dəqiqəsində Dani Olmonun əvəzinə meydana çıxıb.


Bu, 16 yaşlı hüçumcu üçün əsas komandada debüt matçıdır. Beləliklə, Yamal əsas milli komandada çıxış edən ən gənc futbolçu olub (16 yaş 57 gün ).


Bu günə kimi İspaniya millisinin ən gənc oyunçusu 17 yaş 62 günlükdə millidə debüt edən Qavi idi.

0 comments

Recent Posts

See All

Comments


bottom of page