top of page

Qrem Potter istefaya göndəriləcək?

"Çelsi" yaxın gələcəkdə uğursuzluqla üzləşəcəyi təqdirdə baş məşqçi Qrem Potteri istefaya göndərməyəcək.


90plus.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.


Klub sahibləri əhəmiyyətli transfer xərclərinə baxmayaraq, dərhal uğur tələb etmək fikrində deyillər. Onlar 47 yaşlı mütəxəssisə komanda qurmaq üçün vaxt verəcəklər.


Son iki transfer pəncərəsi ərzində London təmsilçisi on altı futbolçu alıb və daha iki futbolçunu icarəyə götürüb. Premyer Liqa klubu bu qış transferlərə 323 milyon funt-sterlinq xərcləyib. Amma rəhbərlik komandanın cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmamasına da hazırdır. Bu, Potterə 2023-cü ilin yayında mövsümöncəsi hazırlıq üçün imkanı yaradacaq.


Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 29 xalla 10-cudur. Reqlamentə əsasən, komanda ÇL-ə vəsiqə qazanmaq üçün mövsümün sonunda ilk 4 yerdən birində qərarlaşmalıdır.



0 comments

Recent Posts

See All
bottom of page