top of page

Qrem Potterin "Çelsi"də taleyi necə olacaq? - AÇIQLAMA

İngiltərə Premyer Liqa komandalarından olan "Çelsi" Qrem Potterlə yoluna davam edəcək.


90plus.az "The Athletic"ə istinadən xəbər verir ki, klub rəhbərliyi son vaxtlar əldə etdiyi pis nəticələrə baxmayaraq, Potterlə yollarını ayırmayacaq.


"Çelsi" rəhbərliyi 47 yaşlı məşqçiyə nəticələri dəyişmək üçün vaxt verməyə davam edəcək.


Potterin rəhbərliyi altında "Çelsi" son 5 liqa oyununda qalib gələ bilməyib. London komandası bu mərhələni 3 heç-heçə və 2 məğlubiyyətlə başa vurub.


Qeyd edək ki, Qrem Potter ötən ilin sentyabrında Tomas Tuçelin ardından "Çelsi"yə keçib və 5 illik müqavilə imzalayıb.



0 comments
bottom of page