top of page

Qrinvud “Mançester Yunayted”in məşqinə buraxılmır

"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud ən azı bu mövsümün sonuna qədər komandanın məşq prosesindən kənarda qalacaq.


90plus.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.


Zorlama ittihamı ilə həbs olunan və bir müddət əvvəl sərbəst buraxılan futbolçu klub daxili araşdırma aparıldığı üçün komandaya qoşula bilmir.


Qeyd edək ki, 21 yaşlı perspektivli hücumçunun yetirməsi olduğu "Mançester Yunayted"lə 2025-ci ilin yayınadək müqaviləsi var.

0 comments
bottom of page