top of page

Qurban Qurbanov: "Futbolçularım yaxşı istirahəti haqq edir"

"Öncə Rəşad Sadıqovu təbrik edirəm. Həqiqətən ən maraqlı oyunlarımızdan biri oldu. Çox çətinlik çəkdik. Sonadək hücumlarımızın qarşısını ala bilirdilər. Çox yaxşı hazırlaşmışdılar. "Zirə" rəhbərliyinə uğurlar arzu edirəm".

90plus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.


50 yaşlı mütəxəssis öz futbolçularını təbrik edib: "Çox əziyyət çəkdilər. Necə başladıqsa, elə də bitirdik. Yaxşı istirahəti haqq edirlər. Bütün futbol camiəsinə minnətdarlığımı bildirirəm".

O, yeni transferlərin olacağını istisna etməyib: "Bu heyəti qorumağa çalışacağıq. 2 yeni oyunçu cəlb etmək istərdik. Amma bizdən asılı olmayan şeylər var. Hər bir halda axtarışdayıq, danışıqlar gedir".


Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" titula sahib çıxıb.

0 comments
bottom of page