top of page

Qurban Qurbanov: “Hər bir komandanın eniş dövrü olur”


Misli Premyer Liqasının 33-cü turunda "Qarabağ - Neftçi” (5:0) oyunundan sonra mətbuat konfransı keçiriıib.


90plus.az hər iki baş məşqçinin fikirlərini təqdim edir:

“Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç: “Çox məyusam, azarkeşlərdən üzr istəyirəm. Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi. Rəqibin daha əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Onların üzərində işləməliyik. Düşünürdük ki, meydanın mərkəzində topu saxlamaqla nəsə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı".


Mütəxəssis təkbətək mübarizələrdə çətinlik çəkdiklərini dilə gətirib: "Bu da böyük oyunlarda problem yaşamağımıza səbəb olur".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov:

"Oyunçulardan razı qaldım. Amma daha yaxşı ola bilərdik. Bəzi səhvlərimiz oldu. Bəlkə də mən "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm. Çünki onlar bu cür matçlara fərqli yanaşırlar. Məğlubiyyətə baxmayaraq, "ağ-qaralar" böyük klubdur. Hər bir komandanın eniş dövrü olur. Biz də buna hazırlaşmalıyıq".

0 comments
bottom of page