top of page

Qurban Qurbanov oğlu Musa Qurbanlının çıxışını dəyərləndirib


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Gent"ə qarşı keçirdikləri oyunu şərh etdi.



"CBC Sport" telekanalına danışan mütəxəssis 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:


"Futbolçularıma təşəkkür edirəm. Çox çətin komandaya qarşı oynadıq. 90 dəqiqə tempi aşağı salmadılar. Futbolçularım əvvəldən bunu bilirdilər. Bəzi anlarda rəqib bizi üstələyirdi. Həm nəticə, həm də oyun baxımından bizim üçün vacib oldu".


Hesabda 1:0 irəlidəyik. Qarşıda bir oyun daha var. Bu gün öndəyiksə, üstünlüyümüz var. Səfərdə daha cəsarətli oynamalıyıq. Onların tempinə qarşı dözümlü olmalıyıq. Rəqib öz meydanında azarkeşlərinin qarşısında olacaq. Bu, onların üstünlüyüdür".


Qurbanov yeni transferlər və oğlu Musa Qurbanlının çıxışını da dəyərləndirdi:


"Razı qalmadığım oyunçu olmadı. Futbolçu texniki səhv edə bilər. Amma onun meydanda ürəklə oynaması vacibdir. Bu gün meydanda futbolçulardan bunu gördüm. Azarkeşlərimizə də təşəkkür edirəm. Sona qədər dəstək oldular".

0 comments
bottom of page