top of page

Qurban Qurbanov: “Sönük oyun idi”

Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ - Qəbələ" (2:2) oyununda sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov və Kaxaber Sxadadze fikirlərini bölüşüb.


90plus.az hər iki baş məşqçinin fikirlərini təqdim edir:

Qurban Qurbanov: "Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komandam üçün faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. "Qəbələ"yə uğurlar arzulayıram".


"Beşiktaş"ın baş məşqçisi vəzifəsinə namizəd olması haqda:  "Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir".


Çempionluğu rəsmiləşdirəndən sonra komandanı oyuna kökləməyin çətin olub-olmadığı barədə: "İş saatım eyni olaraq qalır. Çalışırıq ki, rotasiyalar edək, hər oyunçunun təcrübəsi olsun, formasından uzaqlaşmasın. Proqram üzrə gedirik. İş prinsiplərimizi qorumağa çalışırıq".


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov gələcəkdə "Qarabağ"ı çalışdırmaq istədiyini deməsi fikrinə münasibəti: "Çox yaxşı, çox xoş. Hər kəsə uğurlar arzulayıram".

Kaxaber Sxadadze: “Müsbət məqamla başlayım ki, oyunu uduzmadıq. Matçın daha bir müsbət tərəfi isə hesabda geri olduğumuz görüşdə məğlub olmadıq. Amma təəssüf ki, çox sayda sadə səhvlər oldu.

“Qarabağ”la oynayanda gərginliyin olması başadüşüləndir. Çünki belə bir səviyyəli kluba qarşı oynayırdıq. Buna görə çox adi top itkilərini yol verirdik. Futbolçulara görülən işə görə təşəkkür edirəm. İndi qarşıda ilin ən vacib oyunu olacaq. Hər şeyi kənara qoyub ayın 24-də keçiriləcək həmin matça hazırlaşmalıyıq”.

0 comments
bottom of page