top of page

Qurban Qurbanov ən yaxşılar arasında 4 pillə irəliləyib


Dünyanın 500 ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısına görə bu siyahıda yer alan yeganə azərbaycanlı Qurban Qurbanov irəliləyib.


90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi dünya reytinqində dörd pillə irəliləyərək 134-cü yerə yüksəlib.


“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1 616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.


Qeyd: Siyahıya “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

0 comments
bottom of page