top of page

Qurban Qurbanovdan “Zaqatala” klubuna maddi dəstək!


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov I Liqa komandası “Zaqatala”nın kommunal xərclərini ödəyib.


90plus.az xəbər verir ki, “Zaqatala”nın prezidenti Şaban Şirdanov əslən Zaqataladan olan mütəxəssisin komadaya maliyyə köməkliyi göstərdiyini deyib.


Qeyd: Qurban Qurbanovun futbolçu kimi ilk peşəkar komandası 1990/1991 mövsümündə Zaqatala “Daşqın”ı olub. Həmin vaxt komandaya Şaban Şirdanov baş məşqçilik edib (Report).

0 comments

Comments


bottom of page