top of page

Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi

UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfərdə keçirəcəyi ilk oyunun proqramı açıqlanıb.


90plus.az xəbər verir ki, “köhlən atlar” avqustun 23-də adı çəkilən ölkəyə yollanacaq.


Komandanı aparacaq təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxacaq.


Həmin gün ağdamlılar qarşılaşmanın baş tutacağı “Stojitse” stadionunda son məşqi keçirəcəklər. Məşq prosesi saat 21:30-a planlaşdırılıb. Bundan 15 dəqiqə əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.


Avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı saat 22:00-da start götürəcək.

0 comments

Comentários


bottom of page