top of page

Qurban Qurbanovun oğlu: “Depressiyaya düşməməliyəm”

“Birinci hissədən sonra əvəzlənməyimdən məyus oldum? Normal qarşılayıram.


Bu futboldur və bəzən belə olur. Bu, baş məşqçinin qərarı idi. Əlbəttə, mən həmişə daha çox oynamaq istəyirəm, amma məyus deyiləm. Ən vacibi 3 xal və komandanın qələbəsidir. Qalib gəlmişiksə, sevinməliyik”.


90plus.az xəbər verir ki, bu sözləri “Yurqorden”də çıxış edən Azərbaycan millisinin üzvü Musa Qurbanlı İsveç çempionatının 28-ci turunda “Brommapoykarna”ya 2:1 hesablı qələbəni şərh edərkən deyib.


Qurban Qurbanovun oğlu daha sonra bildirib: “Mən hücumçuyam. Azarkeşlər qolla yaşayır və nəfəs alırlar. Ona görə də qol vurmayanda bəzən çətin olur. Depressiyaya düşməməli və təslim olmamalıyam. Sadəcə, komandaya uyğunlaşmağa çalışıram"

0 comments

Comments


bottom of page