top of page

Qvardiola: “3 oyun, 9 xal...Biz çempion olacağıq”


Avropanın 5 TOP liqasından 4-də 2023-24 mövsümünün çempionları bəllidir.


90plus.az çempionları təqdim edir:


Almaniya Bundesliqası: “Bayer Leverkuzen”;

İspaniya La Liası: Real Madrid;

İtliya A Seriyası: İnter;

Fransa Liqa 1: PSJ;

İngiltərə Premyer Liqası: Hələ bəlli deyil.


"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında məhz komandasının çempion olacağını deyib:


“Bir həftə qaldı. 3 oyun, 9 xal...Biz çempion olacağıq. 6 və ya 7 xal qazansaq, "Arsenal" Premyer Liqanın qalibi olacaq. Top fərqinə çatmaq mümkün deyil. Biz heç-heçə edə bilmərik. "Arsenal" çox yaxşı oynayır. Ümid edirəm ki, çempionatın taleyini öz əlimizə alacağıq”.


Qeyd: “Şəhərlilər" "topçular"dan 1 matç az keçirib:


  1. Arsenal: 83 xal

  2. Mançester Siti: 82 xal

  3. Liverpul: 75 xal.

0 comments
bottom of page