top of page

Qvardiola Mourinyonu qabaqladı!


Pep Qvardiola "Mançester Siti"nin baş məşqçisi kimi 250-ci qələbəsini qazanıb .

90plus.az xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb. Bildirilib ki, Mançester təmsilçisi Premyer Liqanın 30-cu turunun təxirə salınmış oyununda "Brayton"u 3:0 hesabı ilə məğlub edib. Bu, Qvardiolanın "Mançester Siti" ilə 250-ci qələbəsi olub.


Mütəxəssis bu göstəriciyə 344 oyuna nail olub. Bu isə İngiltərənin yüksək liqasında klublarla işləyən məşqçilər üçün rekord göstəricidir.

Bundan əvvəlki rekordunu sahibi Joze Mourinyo “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırdığı dönəmlərdə 396 matçda 250-ci qələbəsini qazanıb.

0 comments
bottom of page