top of page

Qvardiola: “Orteqa bizi xilas etməsəydi, "Arsenal" çempion olardı”


“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Tottenhem”lə (2-0) oyundan sonra fikirlərini bölüşüb.


90plus.az xəbər verir ki, ispan mütəxəssis qələbənin önəmindən və Orteqanın rolundan danışıb:


“Stefan Orteqa bizi xilas etdi. Bu seyv olmasaydı, "Arsenal" çempion olardı. Təkbətəkdə Stefan Orteqa həyatımda gördüyüm ən yaxşı qapıçılardan biridir. Bu alman mədəniyyətidir; ayağa qalx, aşağı düşmə. Bu, həqiqətən, çox yaxşıdır ... O, çox etibarlıdır. O, inanılmaz, inanılmaz qapıçıdır.


Qapıçı məşqçimiz onu bura gətirmək üçün inanılmaz bir qərar verib”.


Qeyd:  "Tottenhem"in futbolçusu Son Hın Min bu epizodu qola çevirə bilsəydi, bəlkə də, "Arsenal" çempion olardı...

Hazırda “Man Siti” 88 xalla vahid liderdir, “Arsenal” isə 86 xalla 2-cidir! FOTO


0 comments

Comments


bottom of page