top of page

"Qızıl top" bu tarixdə veriləcək

"France football" nəşri "Qızıl top" mükafatının verilmə vaxtını açıqlayıb.


90plus.az.xəbər verir ki, Fransa nəşri sosial şəbəkə vasitəsilə bildirib ki, 2023-cü ilin ən yaxşı futbolçusu oktyabrın 30-da təşkil ediləcək tədbirdə mükafatlandırılacaq.


Bu mükafata namizəd olan 30 nəfərin adı sentyabrın 6-da açıqlanacaq.


Qeyd edək ki, "Qızıl top"un son qalibi Kərim Benzemadır. Bu il isə bu mükafata ən real namizəd kimi Argentina millisi ilə dünya çempionu olan Lionel Messi göstərilir.



0 comments
bottom of page