top of page

"Qəbələ" braziliyalı futbolçunu transfer edəcək


Braziliyanın "Ponte Preta" klubundan ayrılan Ruan Renato karyerasını "Qəbələ"də davam etdirəcək. 90plus.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 27 yaşlı müdafiəçinin yeni klubu ilə müqavilə imzalamaq üçün dünən Azərbaycana gəldiyi bildirilib. Qeyd edək ki, braziliyalı oyunçu 2020-ci ildən "Ponto Preta"da çıxış edirdi.

0 comments
bottom of page