top of page

"Qəbələ"dən növbəti transfer

2021-2022-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini rəsmiləşdirib. 90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunadək Urfan Abbasovla müqavilə imzalayan “qırmızı-qaralar” Məqsəd İsayevi heyətinə qatıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Peşəkar karyerasına “Neftçi”də başlayan futbolçu 2013-17-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018-20-ci illərdə “Sabah”, ötən mövsümdə “Səbail”də çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.

0 comments
bottom of page