top of page

"Qəbələ" müdafiəçisi ilə yeni müqavilə imzaladı

"Qəbələ" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.


90plus.az xəbər verir ki, komandanın baş məşqçisi Elmar Baxşıyevin açıqlamasına görə, Murad Musayevin başa çatan sözləşməsinin müddəti daha 1 illik uzadılıb.


Əyalət təmsilçisi 29 yaşlı müdafiəçidən əvvəl Urfan Abbasov, İlkin Qırtımov və Emin Səfərovla yeni müqavilə bağlayıb.


Baxşıyev heyətin bir çox üzvünə digər klublardan təkliflər olduğunu bildirib: "Normal haldır, çünki hamısı yaxşı oyunçudur. Rəhbərlikdən əsas xahişim bu olub ki, həmin futbolçuları komandada saxlayaq. Bunun üçün isə onları razı salmalıyıq".


Mütəxəssis təlim-məşq toplanışına iyunun 21-i və ya 22-də başlayacaqlarını, ilk mərhələnin Qəbələdə, sonrakı etapın isə Türkiyədə olacağını açıqlayıb.



0 comments
bottom of page